Hayastan rəhbərinin riyakar açıqlaması

post-img

Ermənistan baş naziri Nikol Paşinyan Tbilisidə gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə birgə keçirdiyi brifinqdə deyib ki, Er­mənistanla Azərbaycan arasında imzalanacaq sülh sazişindən Gür­cüstan, Türkiyə və İran da bərabər şəkildə faydalanacaq. 

Paşinyanın sözlərinə görə, Cənubi Qafqazda, həqiqətən də münaqişə səhifəsi­ni bağlamaq və regionda möhkəm sülhün bərqərar olması üçün tarixi imkan var. O, qeyd edib ki, Ermənistan və Azərbaycan sülh sazişinin təxminən 80 faizini razı­laşdıra biliblər: “Biz Azərbaycana sənəd layihəsinin razılaşdırılmış müddəalarını imzalamağı, diplomatik əlaqələr qurmağı və yaxın vaxtlarda müzakirələri davam et­dirməyi təklif etdik”.

“Gürcüstan Azərbaycanla Ermənis­tan arasında münasibətlərin normallaş­ması prosesini alqışlayır və regionda sülh və sabitliyin bərqərar olmasında üzərinə düşən vəzifəni yerinə yetirməyə hazırdır”. Gürcüstan mətbuatının yazdığına görə, bunu ölkənin Baş naziri İrakli Kobaxidze Tbilisidə erməni həmkarı ilə birgə keçir­diyi brifinqdə deyib. “Gürcüstan Cənubi Qafqazda sabitliyi və sülh şəraitində bir­gə yaşayışı dəstəkləyir. Tbilisi, həmçinin İrəvan və Bakı arasında sülh prosesini də alqışlayır”, – deyə Gürcüstanın baş naziri bildirib.

Qeyd edək ki, Azərbaycan tərəfi sülh sazişinin Ermənistanla razılaşdırılmamış 20 faizində çox vacib müddəaların yer al­dığını və onlar yerinə yetirilmədən müqa­vilənin imzalanmasının mümkün olmadı­ğını açıqlayıb. 

XQ

Siyasət