Fransanın insan haqlarından danışmağa haqqı yoxdur

post-img

Fransa tərəfi Azərbaycana qarşı növbəti dəfə təxribata yol verib. Bu ölkə­nin Avropa və Xarici İşlər Nazirliyi Azərbaycanla bağlı sentyabrın 4-də dərc etdiyi səyahət xəbərdarlığında ölkəmizin hüquq sisteminə kölgə sal­mağa və “Dağlıq Qarabağ Muxtar Vilayəti”, “ətraf rayonlar” kimi ifa­dələrdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünə xələl gətirməyə cəhd göstərib.

Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. 

Bəyanatda, həmçinin qeyd olunub: "BMT Nizamnaməsi ilə üzərinə düşən dekolonizasiya öhdəliklərini yerinə ye­tirməyən, neokolonializm siyasəti aparan və bununla da milyonlarla insanın təməl hüquqlarını pozan Fransanın insan hüquq­larından danışmağa haqqı yoxdur. Ermə­nistanın ən azı sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, Fransanın buna getməməsi onun Azərbaycana qarşı nə dərəcədə qərəzli yanaşdığını göstərir".  

Siyasət