Təşkilatımız 2013-cü ildən başlayaraq Azərbaycanda keçirilən seçkiləri müşahidə edir.
Bu barədə AZƏRTAC-a açıqlamasında ABŞ-ın “Oracle Advisory Group” təşkilatının nümayəndəsi Corc Birnbaum bildirib. O qeyd edib ki, Azərbaycanda həmişə yüksək seçki fəallığının şahidi olurlar.
“Bu il ölkədə keçirilmiş növbədənkənar prezident və indiki parlament seçkiləri özündə əsl vətənpərvərliyi əks etdirir. Biz hazırda yüksək seçki fəallığı və demokratiyanı müşahidə edirik. Seçki prosesi maneəsiz keçir”, - deyə o qeyd edib.
Corc Birnbaum deyib ki, Azərbaycanda yüksək seçki fəallığını müşahidə etmək olduqca heyranedicidir.