Okamponun ermənilərə məsləhəti: Gedin, başınızın çarəsini qılın!

post-img

Argentinalı dələduz hüquq müdafiəçisi yenə köhnə “ampluasındadır”, ancaq...

Dələduzluqda ad çıxarmış argenti­nalı “hüquq müdafiəçisi”, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş pro­kuroru Luis Moreno Okampo yenə diqqət mərkəzindədir. Əslində, buna diqqət mərkəzində olmaq demək düz­gün deyil. Çünki Okamponun hansısa formada gündəmə gəlməyi məşhur “12 stul” qəhrəmanı Ostap Bende­rin atın altına düşməyi kimi bir şey­dir. Hərçənd, indi durum bir qədər fərqlidir. Ermənistandan gedən nü­mayəndə heyətinin üzvləri dələduzla görüşdükləri və fikir mübadiləsi apar­dıqları üçün özlərini Ostap Bender kimi təsəvvürə gətirirlər. Guya, böyük iş görüblər. 

Əlqərəz, sən demə, Qarabağdakı keç­miş separatçı rejimdə vətəndaş cəmiyyəti nümayəndələri var imiş və onlar Ermənis­tandan olan həmkarları ilə birgə L.M.O­kampo ilə üzbəüz söhbət imkanı əldə ediblər. Söhbət zamanı başlıca sərsəmləmə predmeti isə “Artsax xalqının” hüquqla­rı olub. Yəni, Okampo bu hüquqların tə­minatı uğurunda Bakı həbsxanalarından canlarını qurtarmağı bacarmış separatçı­lara “məsləhətlər” verib. Onun ən böyük məsləhəti nədir, bunu yazımızın sonunda biləcəksiniz. 

Hələlik isə deyək ki, argentinalı dələ­duz BMT-nin Soyqırımı Konvensiyasının dövləti olmayan xalqların hüquqi müda­fiəsi məsələsində oynadığı rolun əhəmiy­yətini vurğulayıb. O, həmçinin deyib ki, qurumun soyqırımının qarşısının alınması üzrə xüsusi müşaviri Qarabağda soyqırım riskinin olduğunu bəyan edib və bu, artıq beynəlxalq ictimaiyyət tərəfindən hansı­sa addımların atılması öhdəliyini nəzərdə tutur. Görəsən, kim olub o BMT-nin nü­mayəndəsi? Belə bir sərsəm fikri nə vaxt bəyan edib? Tutalım, haqqında söz açılan fikir qurumun, indiki halda BMT-nin nü­mayəndəsi tərəfindən dilə gətirilib. Bu, o deməkdirmi ki, soyqırımı riskinin baiskarı qismində Azərbaycan nəzərdə tutulub? Əl­bəttə ki, yox! 

Nəzərə alaq ki, erməni təbliğat maşını və onun Okampo kimi əlaltıları hər məqa­mı bu sayaq interpretasiya ilə öz mənafelə­rinə uyğun təqdim etməkdə “ustalaşıblar”. Reallıqları təhrif yolu tutmaqda da həmçi­nin. Hesab edirlər ki, nəyəsə nail olacaqlar. Ancaq, bir qayda olaraq, heç nə edə bilmir, yekunda miskin və rəzil duruma düşürlər. 

Əslində, müəyyən fasilədən sonra istər Okamponun ortaya çıxması, istərsə də ümumən yenidən “Okampo kartı”na mü­raciətin özü rəzillik və miskinlikdən başqa bir şey deyil. Aydın görünür ki, Ermənistan və onun xaricdəki havadarları avantürizmə alət etmək üçün başqa təsirli vasitə tapa bilmirlər. Daha doğrusu, tapmaqda aciz­dirlər. Acizliklərini isə ən müxtəlif vasitə və üsullarla ortaya qoyurlar. Okamponun başqa sərsəmləmələrinə diqqət yetirməz­dən əvvəl həmin üsul və vasitələrdən biri, dəqiq desək, ən sonuncusu üzərində daya­naq. 

Qeyd edək ki, Ermənistanda məskun­laşmış Qarabağın sabiq separatçı rejiminin təmsilçilərinin bir araya gəldikləri “Artsax milli assambleyası” deyilən qondarma qu­rum ötən həftə bəyanat vermiş, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konven­siyasının Tərəflər Konfransının bu ilin noyabrında ölkəmizdə keçiriləcək 29-cu sesiyası (COP29) xüsusunda Azərbaycanı ləkələmək yolu tutmuşdu. Aydın məsələdir ki, “Artsax milli assambleyası” adlanan ölülər yığınının arxasında Ermənistan ha­kimiyyəti dayanır. Çünki “ölülərin” qaldır­dıqları məsələləri rəsmi İrəvan da qabardıb və müxtəlif mərhələlərdə həmin məsələləri Azərbaycanla sülh gündəminin tərkib his­səsinə daxil etməyə çalışıb. 

Rəsmi İrəvan, eyni zamanda, “etnik təmizləmə” şousunu, Azərbaycanın Ermə­nistan ərazilərini işğal etməsi cəfəngiyatını qaldırmaqla ölkəmiz əleyhinə mənfi bey­nəlxalq rəy formalaşdırmağa səy göstə­rib. Elə bir mənfi rəy ki, onun nəticəsində Azərbaycana təzyiqlər olsun, sanksiyalar tətbiq edilsin. Baş nazir Nikol Paşinyanın komandası Qarabağın erməni milli mirası cəfəngiyatına və Bakı həbsxanalarındakı canilərin məzlum qiyafəsində təqdimatına əsaslanaraq da anti-Azərbaycan təbliğatı aparıb. Əlbəttə, məqsədinə nail ola bilmə­yib.

Bəli, indi separatçılar yığını və onların Ermənistandakı himayədarlarının Okampo ilə görüşdə onunla müzakirə etdikləri başlı­ca məsələlərdən biri də məhz COP29 xüsu­sunda Azərbaycana təzyiqlərin göstərilmə­sidir. Dələduz hüquq müdafiəçisi gələnləri bu təzyiqlərin mümkünlüyünə inandırıb. Necə deyərlər, kim nəyə inanmaq istəyir­sə, ona da inanır. Xəstə təfəkkürlülərin inanmaq istədikləri ölkəmizə qarşı hansısa sanksiyaların tətbiqinin mümkünlüyüdür. Amma nə məsələdirsə, bunu yalnız yuxuda görməklə kifayətlənirlər. 

Okamponun nə vecinədir, erməni lob­bi və diaspor təşkilatlarından, xüsusən də porno ulduz Kim Kardaşyandan aldı­ğı maliyyənin kəsilməməsi üçün hər cür cəfəngiyatdan dəm vurur. Məşhur təmsildə deyildiyi kimi, olmasaydı cahanda sarsaq­lar, yəqin ki, ac qalardı yaltaqlar. Sözümüz onda deyil ki, Okampo acdır. Sadəcə, iş­tahası çox böyükdür və bunu BCM-nin prokuroru olarkən rüşvət alıb xitam verdi­yi cinayət işləri də sübuta yetirməkdədir. Əsas məsələ xəstə erməni beyinlərinin ar­gentinalı dələduzun əsl niyyətinin fərqində olmamaları, onun cibini doldurmalarıdır. 

Doldururlar və Okampo da COP29 çərçivəsində Azərbaycana təzyiqin öz alə­mindəki növbəti alətini açıqlayır. Məsələ heç də yeni deyil, bu barədə az əvvəl anons verdik. Söhbət Qarabağdakı canını tapşırmış separatçı rejimin ömürləri Bakı həbsxanalarında çürüyən rəhbərlərinin azadlığa çıxmaları xüsusundan gedir. “Hüquq müdafiləçisi” gələnlərə mövcud istiqamətdə də kömək edəcəyi vədini verib. 

Sonda vurğulayacağımızı vəd etdiyi­miz məqama keçid alaq. Görəsən, saxta hüquq müdafiəçisi Ermənistandan gələn­lərə hansı məsləhəti verib? Bəli, Okampo da reallığı görməyə başlayıb. Məsələn, o deyib ki, guya, bütün dünya 1915-ci ilin qondarma “erməni soyqırımı”nı tanıyıb, ancaq bu, nəticəsiz qalıb. Ardınca isə Okampo təkcə “Artsax xalqını” yox, həm də Ermənistanı, bütövlükdə isə, dünya er­məniliyini pəjmürdə edəcək fikir bildirib. Dələduz argentinalı vurğulayıb ki, hər şey döyüşə hazır olmaqdan asılıdır. Loru dildə desək, gedin, başınızına çarə qılın. Görü­nür, Okampo da boş-boş danışmağın fay­dasının olmadığını anlayıb. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət