ABŞ Dövlət katibinin köməkçisi: Son illərdə baş verən hadisələr Azərbaycana regionda siyasətin dəyişməsində vacib rol oynamağa imkan verib

post-img

Son illərdə baş verən hadisələr Azərbaycana regionda siyasətin dəyişməsində vacib rol oynamağa imkan verdi ki, bu da, öz növbəsində, sülhün bərqərar olmasına şərait yaradıb. Bu, həm də ölkələr arasında illərdir davam edən mübahisənin həlli üçün bir yol, gələcəkdə dinc münasibətlər qurmaq imkanıdır və bütövlükdə regiona fayda verəcək.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn iyunun 28-də jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, region ölkələri arasında əməkdaşlıq nəinki təhlükəsizlik vəziyyətini yaxşılaşdıracaq, həm də malların Mərkəzi Asiyadan Azərbaycana, daha sonra isə Gürcüstan və Ermənistan vasitəsilə dünya bazarlarına çatdırılmasına imkan verəcək. Bu da, öz növbəsində, marşrut üzrə yerləşən bütün ölkələr üçün faydalı olacaq və ölkələr üçün geniş iqtisadi imkanlar yaradacaq.

Siyasət