Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Türkiyənin birinci xanımı Əminə Ərdoğan ilə görüşüb

post-img

Ankarada səfərdə olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Türkiyənin birinci xanımı Əminə Ərdoğan ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Əminə Ərdoğan “X” sosial şəbəkəsindəki rəsmi hesabında görüşlə bağlı paylaşım edib.

Paylaşımda qeyd edilib ki, görüşdə Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi barədə fikir mübadiləsi aparılıb, tədbirə dair əməkdaşlıq sahələri dəyərləndirilib.

Türkiyənin birinci xanımı bütün dünya liderlərini iqlim mövzusunda birləşdirəcək bu əhəmiyyətli tədbirə Azərbaycanın ev sahibliyi edəcəyinin verdiyi sevinc hissini bir daha dilə gətirib.

Əminə Ərdoğanın paylaşımında “Türkiyə olaraq daim qardaş ölkəmiz Azərbaycanın yanındayıq”, - deyə bildirilib.

Siyasət