İtaliya Senatında Azərbaycan-İtaliya-Aİ münasibətlərinə həsr olunmuş tədbir keçirilib

post-img

Mayın 29-da Bakı Politoloqlar Klubunun təşkilatçılığı, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və İtaliyanın məşhur ISIA beyin mərkəzinin tərəfdaşlığı ilə Roma şəhərində Senatda “Azərbaycan-İtaliya-Aİ: ikitərəfli əməkdaşlıq və enerji təhlükəsizliyi" mövzusunda Forum keçirilib. Forumun əsas məqsədi Azərbaycan - İtaliya əməkdaşlığının daha da inkişafı, Azərbaycanın yeni enerji siyasətinin təqdimatı və bölgədə ölkəmizin imkanlarının göstərilməsi idi. Tədbir Senatın saytında canlı yayımlanıb.

60 dan çox qonağın, onlar arasında deputatların, politoloqların, iqtisadçıların, imvestorların, xarici ölkələrin Romadakı diplomatlarının iştirak etdiyi görüşdə, giriş sözü ilə çıxış edən İSİA prezidenti Mario Morgoni, Deputatlar Palatasının Əmək Sahələri Komissiyasının Katibi - Luca Squeri, BPK rəhbəri Zaur Məmmədov və BMTM-nin rəhbəri Fərid Şəfiyev tədbirin aktuallığına toxunaraq forumun məhsuldar keçəcəyinə əmin olduqlarını qeyd ediblər.

Daha sonra tədbirdə AZPROMO sədrinin müşaviri Sevil Yahyayeva, BMTM şöbə müdiri Cavid Vəliyev, baş məsləhətçi Şahmar Hacıyev, İtalya Asia İnstitutunun Baş Katibi Domeniko Palmieri, ISIA və Siena Universitetinin Coğrafiya analitiki Fabio İndeo, ARTE Energy Reseller and Trader Assosiasiyasının prezident Marco Ferraresi, ISIA-nın vitse - prezidenti Sergio Divina çıxışlar etmişlər. Onlar  yaşıl enerji və ənənəvi enerji, kommunikasiya - nəqliyyat, investisiyalar kimi mövzular üzrə təqdimatlar ilə çıxışlar etmişlər. İtaliyalı müttəxəssislər Azərbaycanın rəsmi Roma və Aİ - üçün etibarlı tərəfdaş olduğunu, COP- 29 un ölkəmizdə keçirilməsinin rəsmi Bakının beynəlxalq arenada nüfuzunun göstəricisi olduğunu qeyd etmişlər. Tədbirdən sonra italiyalı investorlar Azərbaycanda təkcə enerji deyil, eyni zamanda iqtisadiyyatın digər növlərində də maraqlı olduqlarını bildirərək, yaxın vaxtlarda ölkəmizə səfər edəcəklərini qeyd etmişlər. 

 Sonda BPK və ISIA, BMTM və ISIA arasında memorandum imzalanmışdır.

Xatırladaq ki, QHT Agentliyinin dəstəyi ilə həyata keçirilir.

Səxavət







Siyasət