Erməni politoloq: Fransa və Yunanıstan susur, Bakı və İrəvanı təbrik etmir

post-img

Fransa və Yunanıstan Ermənistan-Azərbaycan razılaşması ilə bağlı susmaqda davam edir. Hətta Sloveniya Xarici İşlər Nazirliyi də Ermənistan və Azərbaycanı alqışladı və təbrik etdi.

Bu barədə erməni politoloq Akop Badalyan öz “facebook” səhifəsində yazıb.

“Bəs “X”-də bir neçə sətir yazmaq niyə çətindir? Əlbəttə, yazmaq çətin deyil, amma bu ölkələr üçün öz maraqlarına zidd yazmaq bəlkə də çətindir.

Bir neçə həftə əvvəl İlham Əliyev demişdi ki, Fransa Azərbaycanla regionda liderlik uğrunda mübarizə aparır. Azərbaycan Prezidenti onu da bəyan edir ki, bizə vasitəçi lazım deyil, aramızda razılaşma var. Bu hərfi mənada o deməkdir ki, mən bu regionda artıq elə səviyyəyə gəlib çatmışam ki, siz ancaq qlobal məsələlərlə məşğul olun və mənimlə danışın, Ermənistan-Azərbaycan məsələsi isə artıq tamamilə mənim “çəki kateqoriyamdadır”, - politoloq yazıb.

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət