Aprelin 22-də Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev iqtidarda olan “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının sədri İrakli Qaribaşvili ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Gürcüstan ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətləri, müxtəlif sahələrdə strateji əməkdaşlığın dərinləşdirilməsi məsələləri, eləcə də regionda gedən proseslər diqqət mərkəzində olub.
Söhbət zamanı regionda sülhün və sabitliyin vacibliyi vurğulanıb.
Faiq Quliyev İrakli Qaribaşviliyə Baş nazir olduğu dövrdə Azərbaycan və Ermənistan arasında vasitəçilik səylərinə görə təşəkkür edib.
Partiyanın sədri Gürcüstan və Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə görə səfirə təşəkkür edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi