Asiya nəhəngi Orta Dəhlizə böyük maraq göstərir

post-img

Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var.

Bu fikri Azərbaycan Respublikası Pre­zidentinin köməkçisi – Prezident Admi­nistrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinə səfəri ilə bağlı AZƏRTAC-a açıqlamasın­da bildirib. 

H.Hacıyev deyib ki, Şanxay Əmək­daşlıq Təşkilatının Səmərqənddə ke­çirilmiş Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham ƏliyevinÇin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə iki ölkə arasında əlaqələ­rin keyfiyyətcə yeni səviyyəyə qaldırıl­ması, yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi ilə bağlı strateji tap­şırıqlar verilib. Hazırda iki ölkə arasında əlaqələr bu istiqamətdə hərtərəfli şəkildə inkişaf edir. Bütövlükdə, Azərbaycanın xarici siyasətində Çin Xalq Respublikası ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi, münasibətlərin daha da dərinləşdirilməsi, keyfiyyətcə yeni səviyyəyə qaldırılması prioritet istiqamətlərdən biri kimi müəy­yən edilib. 

Prezidentin köməkçisi deyib: “Səfər çərçivəsində Çindən olan həmkarlarımız­la birlikdə iki ölkə arasında əlaqələrin in­kişaf etdirilməsi, ilk növbədə, siyasi məs­ləhətləşmələrin aparılması, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, eyni zaman­da, “Orta Dəhliz” kontekstində əmək­daşlıq məsələləri müzakirə olundu. Orta Dəhliz hazırda beynəlxalq səviyyədə iqti­sadi-ticari münasibətlərin inkişafında, da­şımalarda öz əhəmiyyətini bir daha sübut edib. Çin tərəfindən də bu layihəyə böyük maraq var”. 

Bu il Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası­nın Tərəflər Konfransının növbəti 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcə­yini xatırladan Hikmət Hacıyev bildirib ki, Azərbaycan və Çin qlobal Cənubu təmsil edən, inkişaf etməkdə olan ölkələrdir. Çi­nin “yaşıl enerji” sahəsində böyük təcrü­bəsi var. Pekində keçirilən görüşlərdə bu məsələlərə dair ətraflı müzakirələr aparı­lıb. 

Prezident Administrasiyasının rəsmisi beynəlxalq təşkilatlar çərçivəsində yaxın əlaqələri olan Azərbaycanın və Çinin bir-birinin mövqeyini dəstəklədiyini deyib.

Siyasət