Yan Fişer: Dünyanın üzləşdiyi yeni çağırışlar günbəgün artmaqdadır

post-img

Qlobal Bakı Forumuna dəfələrlə qatılmaq şərəfinə layiq olmuşam. Dünyanın üzləşdiyi yeni çağırışlar günbəgün artmaqdadır. Yaşadığımız dünya bir çox mürəkkəblikləri özündə ehtiva edir. Bu baxımdan biz çox əziyyət çəkirik. Dünya özü paradoksdan ibarətdir.

Bu fikirləri Çex Respublikasının sabiq Baş naziri Yan Fişer XI Qlobal Bakı Forumu çərçivəsində martın 16-da keçirilən “Qlobal çağırışlara qarşı davamlılığı artırmaq: Qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə baxış” mövzusunda panel iclasında səsləndirib.

İqlim dəyişikliklərinin tektonik şəkildə cərəyan etdiyini deyən Yan Fişer bildirib: “Biz postqloballaşan dünyada yaşamaq məcburiyyətindəyik. Özümüzü sanki pandemiyadan çıxmamışıq kimi hiss edirik. Parçalanmaya məruz qalan dünyada problemlərin həllini tapmaq üçün buna uyğun davranmalıyıq. Avropa ölkələri artıq ən yaxşı təcrübələrini sərgiləmirlər. Avropada qarşılaşdığımız təhdidlər çox nəhəngdir”.

Siyasət