Bunu "Verelq" saytına müsahibəsində ekspert Hrant Mikaelyan deyib.
Onun sözlərinə görə, bu, tamamilə qeyri-mümkündür: "Amma Ermənistan, prinsipcə, Aİ üzvlüyünə namizəd statusu ala bilər. Üstəlik, həmin statusu Ukrayna alıb, Gürcüstan alıb, Moldova alıb və çox güman ki, Ermənistan da alacaq. Ancaq burada fərqi qeyd etməyə dəyər. Moldovanın çox ciddi coğrafi arqumenti var; Moldova fiziki cəhətdən Avropada yerləşir, Avropa Birliyinə çox yaxındır. Gürcüstanın çox güclü institusional arqumenti var. Gürcüstan, baxmayaraq ki, Avropadan uzaqda yerləşir, lakin Gürcüstan, ən azı, tələb olunan bütün islahatları tətbiq etdi. Ermənistan isə faktiki olaraq sırf siyasi xətt üzrə dəvət və ya namizədlik üçün müraciət etmək imkanı əldə edib ki, bu da qətnamədə qeyd olunur".
S.ELAY
XQ