Bakıda keçirilən XI Qlobal Bakı Forumu İran mətbuatında geniş işıqlandırılıb

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında səsləndirdiyi fikirlər İran mətbuatının da diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, bu ölkənin “Tasnim”, İSNA, “Hayat”, “Donya-e-eqtesad”. “Shahrarnews” saytlarında yayımlanan materiallarda Azərbaycan Prezidentinin regionda sülh və sabitliyin yaradılması istiqamətində iş apardığı qeyd olunur. Dövlətimizin başçısının “İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq” fikrinə diqqət çəkən media qurumları Azərbaycan Prezidentinin sülh danışıqlarını davam etdirməyə hazır olduğunu bildirdiyini qeyd ediblər.

Məqalələrdə, eyni zamanda, diqqətə çatdırılır ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən Forum rəsmi Bakının sülhməramlı niyyətindən xəbər verir.

Vurğulanır ki, Qlobal Bakı Forumu 2013-cü ildən Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Bu möhtəşəm beynəlxalq müzakirə platformasında dünyanın 70 ölkəsindən 350-dən çox nümayəndə iştirak edir. Onların arasında tanınmış siyasi, mədəniyyət, elm xadimləri var. Forumun işinə 80-dən çox sabiq prezident və Baş nazir qatılıb.

Forumda dünyanı narahat edən problemlər və onlardan çıxış yolları müzakirə olunur. Müasir dövrdə geosiyasi gərginliyin artdığı biz amanda belə tədbirlər olduqca əhəmiyyətlidir.





Siyasət