Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Prezidentin yenidən seçilməsi təqdirəlayiqdir. İlham Əliyev bənzərsiz bir şəxsiyyət, ölkəsinin bütövlüyünü qoruyan Prezidentdir. Azərbaycan xalqı çox xoşbəxtdir ki, belə Prezidenti var. Xalq da Prezident İlham Əliyevə və gələcəyinə səs verib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İsveçrə Beynəlxalq İşlər üzrə Forumun vitse-prezidenti, XI Bakı Qlobal Forumunun iştirakçısı David Cikvadze söyləyib.
Bakı Qlobal Forumunun daim inkişaf etməkdə olan platforma olduğunu bildirən D.Cikvadze deyib: “Forumun dinamikasına baxdıqda görürsən ki, ildən-ilə daha çox insanı özünə cəlb edir. Mən VII Forumdan bu tədbirdə iştirak edirəm. Müsbət dinamikanı görürəm və bu, təkcə müzakirə olunan məsələlərin sayında, keyfiyyətində deyil, həm də rezonansdadır”.