İsmail Serageldin: Azərbaycanda son üç ildə əldə olunmuş irəliləyişi görməkdən məmnunluq hissi duyuruq

post-img

Burada, Azərbaycanda son üç ildə əldə olunmuş irəliləyişi görməkdən məmnunluq hissi duyuruq. Bu, dondurulmuş münaqişənin həlli və hələ ki, danışıqlar prosesində olan sülh sazişləri ilə bağlı razılığın əldə edilməsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin XI Qlobal Bakı Forumu ilə bağlı keçirilən mətbuat konfransı zamanı deyib.

XI Qlobal Bakı Forumunda siyasi mövzularla yanaşı, iqlim dəyişiklikləri, yenilənən dünya, texnologiyalar məsələlərini də müzakirə edəcəklərini söyləyən həmsədr bildirib ki, tədbirdə dünyanın fərqli ölkələrindən dövlət və hökumət başçıları müxtəlif mövzularda təcrübələrini bölüşəcəklər.

Siyasət