Aparılan son araşdırmalara görə, islamofob çıxışlar əvvəlki illərlə müqayisədə 31 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Parisdəki Geostrateji Araşdırmalar üzrə Avropa Ərəb Akademiyasının direktoru Mohammed El Maazouz islamofobiyaya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində keçirilən "Fransada müsəlmanlara qarşı siyasətlər: İslamofobiyanın normallaşdırılması" mövzusunda aralıq sessiyada söyləyib.
“XIII əsrdən bəri islamofobiya dünyada kök salıb. İslamofobiya sanki dövlətin məqsədləri kimi əlaqələndirilir. Avropada İslamı sanki idarəolunan din kimi göstərirlər. Bu gün islamofobiya dövlət siyasətidir. “Tədqiqatlar bu problemə niyə dərindən yanaşmır?”, “İslamofobiya ilə bağlı fikirlər necə dinlənilir?” kimi suallara cavab tapılmır”, - deyə direktor diqqətə çatdırıb.