Tədqiqatçı: Fransada İslamı zorakı din kimi qəbul edirlər

post-img

Fransada müsəlmanlığı siyasi anlayış kimi təlqin edirlər. İslamı zorakı din , cihad mənbəyi, idarəolunmaz məfhum kimi qəbul edirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri müstəqil tədqiqatçı və publisist Rolan Öjen Lafit (Roland Eugene Laffitte) Bakıda islamofobiyaya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində keçirilən “Fransada müsəlmanlara qarşı siyasətlər: İslamofobiyanın normallaşdırılması” mövzusunda aralıq sessiyada deyib.

Onun sözlərinə görə, bu gün islamofobiya Fransada dövlət siyasətidir. “Əgər Fransada şəxs polis tərəfindən saxlanılarsa və o, ərəb mənşəli olarsa, daha çox çətinliklə üzləşir. Əgər iş müraciəti zamanı ərəb soyadınızın olduğunu görərlərsə, şansınız digərlərinə nisbətən 7 dəfə daha azdır", - deyə tədqiqatçı vurğulayıb.

Siyasət