İslamofobiya yalnız ayrı-ayrı xalqların qarşılaşdığı məfhum deyil, milyardlarla insana təsir edən hadisədir. Bakıda keçirilən beynəlxalq konfrans mühüm platformadır. Dünyanın bir çox yerindən Azərbaycana gələn tanınmış ekspertlər bu tədbir vasitəsilə mövcud problemlə bağlı həll yolları axtarmağa çalışacaqlar.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçısı, strateji kommunikasiyalar üzrə pakistanlı ekspert Qayser Nəvvab deyib.
Ekspert vurğulayıb ki, islamofobiya insanlığa sığmayan və bəşəriyyətə ziyan vuran bir hadisədir, ona görə də beynəlxalq səviyyədə qınanılmalıdır.
O, islamofobiya ilə mübarizədə diasporun rolunu qeyd edərək deyib: “Düşünürəm ki, diaspor islamofobiya ilə mübarizədə çox böyük işlər görmək imkanına malikdir”.