ABŞ-da islamofobiya ilə bağlı məlumatlılıq çox aşağı səviyyədədir.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Yeni Orlean şəhərindəki Tulane Universitetinin siyasət üzrə professoru Raymond Casimer Taras Bakıda islamofobiyaya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində keçirilən “Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqliliklər, müsəlman ümmətində əsas insan hüquqları" mövzusunda plenar iclasda bildirib.
İslamofobiyaya rəvac verən daxili amillərə mütləq nəzər yetirilməli olduğunu vurğulayan professor deyib ki, islamofob düşüncəyə şərait yaradan, bir növ ona səbəb olan halların kökündə yanlış siyasət dayanır. Fəlsəfi olaraq bu vəziyyət islamofobiyanın dərin laylara keçməsinə, irqçi hərəkatların formalaşmasına və yayılmasına imkan verir.
"Biz müstəmləkəçiliyə qarşı çıxış edirik. Neomüstəmləkəçiliyin necə geniş vüsət aldığının şahidi görürük. Bu məsələlərlə bağlı məlumatlılıq artırılmalıdır", - deyə o diqqətə çatdırıb.