Makron Napoleonun aqibətini unudubmu?

post-img

Onun erməniləri ruslara qarşı yönəltməsi savaşa aparır 

Görəsən, Emmanuel Makron güzgüyə baxanda özünü Napoleon Bonapart kimi görürmü? Yəqin, elədir. Elə olmasaydı Napoleonun 212 əvvəl Rusiyaya etdiyi hücumu indi bu adam təkrarlamaq istəməzdi. 

Bütün həmfikirlərinə deyir ki, biz Ru­siyaya dərs verməliyik. Amma necə dərs verəcəksə, onu bilmir. Azərbaycan Ordu­sunun qoz qabığına soxduğu Ermənista­nı öz yanına çəkməklə Rusiyanı məğlub edə bilər? Elə Ermənistanın başsız baş­çıları da elə güman edirlər ki, Makronun qoltuğuna girməklə Rusiyanı cəzalandı­racaqlar. 

…Xatırladaq ki, Napoleon Rusiyaya hücum üçün 600 minlik qoşun hazırla­mışdı. Rusiyanın sərhəd boyu dağınıq vəziyyətdə yerləşən ordusu isə 220 min əsgər və zabitdən ibarət idi.1812-ci il iyu­nun 24-də Fransa ordusu Rusiyaya hü­cum etdi. Napoleon Rusiya qoşunlarını sərhəddə mühasirəyə alıb məhv etmək istəyirdi. Alınmadı. 

Smolensk döyüşündən sonra Rusiya ilə ilk dəfə danışıqlara cəhd etdi. Lakin Rusiya bu təklifə Borodino döyüşü və partizan hərəkatı ilə cavab verdi. Napo­leonun planının əksinə olaraq Rusiya qoşunu böyük döyüşə girməyib ölkənin içərilərinə geri çəkildi. 7 sentyabr 1812-ci ildə Borodino çölündə baş vermiş döyüş­də Fransa ordusu 60 min, Rusiya ordusu isə 40 min əsgər itirdi. Döyüşdən sonra Rusiya ordusu geri çəkilməkdə davam etdi. Borodino döyüşü “Böyük Fransa ordusu”nun məğlubedilməzliyi haqqında əfsanəyə son qoydu.

Hələ bunun qabaqda Vaterlosu var, Müqəddəs Yelena adası var. Yəni Makro­nun girəcəyi kol deyil. Qorxsun ki, Ermə­nistan onun üçün Vaterloya çevrilsin. 

Onu da unutmasın ki, fransızlar 200 ildir Napoleonun ölümünün səbəbini, daha doğrusu, onu kimin zəhərlədiyini dəqiqləşdirə bilmirlər. 

Hər halda biz Makrona həmin taleni arzulamırıq. 

İttifaq MİRZƏBƏYLİ

Siyasət