Erməni politoloq: Türkiyə və Azərbaycanla birbaşa danışıqlar aparmalıyıq

post-img

Biz Türkiyə və Azərbaycanla birbaşa danışıqlar aparmalıyıq. Siyasi prioritetlər Azərbaycanla birbaşa danışmağa çağırır və bu, Rusiyanın Ermənistandakı təsirini azaltmaq üçün yeganə imkandır.

Bunu Ermənistan mətbuatına müsahibəsində erməni politoloq Areq Koçinyan deyib.

“Qonşularımızla birbaşa iqtisadi layihələr üzərində də işləməyəliyik. İstənilən münaqişənin transformasiyası üçün ilk addım müəyyən iqtisadi əməkdaşlıq layihələrinin formalaşdırılmasıdır. Biz kreativ həll yoluna aparan təkliflər verməliyik və bu təkliflər həyata keçirilə bilən olmalıdır”, - deyə politoloq vurğulayıb.

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət