Azərbaycanın xarici siyasət səhnəsində öz təsirini daha geniş miqyasda artıracaq

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimindəki çıxışı Azərbaycanın həm daxili, həm də xarici siyasətlərinin konseptual istiqamətlərinin əhəmiyyətli dərəcədə genişlənəcəyini göstərir.

 

Prezident İlham Əliyev andiçmə mərasimində bildirdi ki, Azərbaycan xarici siyasət səhnəsində öz təsirini daha geniş miqyasda artıracaq, ölkənin müdafiə qüdrətinin, Ordu gücünün, silah arsenalının və elit qüvvələrinin regional təhdidlər fonunda ən üstün səviyyəyə qədər inkişaf etdirəcək.

 

Həmin istiqamətlər üzrə dövlətimizin başçısının tezisləri Azərbaycan-Ermənistan sülh gündəliyi, bu proqramı pozmaq istəyən qüvvələrin ambisiyalarının fonunda perspektiv mənalı cavab tədbirlərini özündə cəmləşdirir. Məhz bu mənada, sərhədlərin təhlükəsizliyindəki mükəmməl sistemin yaradılması ölkəmizin cavab addımlarının sürətini və çevikliyini artıran faktordur.

 

Bütün bunlar ona görədir ki, Prezident gələcək üçün sərhədlərin daha güclü qorunmasını müvafiq qurumların qarşısında önəmli vəzifə kimi qoydu. Heç şübhəsiz ki, bu, Azərbaycanın sərhədləri boyunca mümkün təxribat cəhdlərinin motivlərini araşdırmağa yardımçı olacaq.

 

Ölkə rəhbəri İlham Əliyevin sərhədlərlə əlaqədar təqdim etdiyi istiqamətlərdən biri də Ermənistanla münasibətlərin normallaşması prosesinin işığında əhəmiyyət daşıyırdı. İlk olaraq, Prezidentin Azərbaycan-Ermənistan mövcud “sıfır nöqtələri”ni şərti sərhəd kimi xarakterizə etməsi Bakının öz şərtlərini yeni regional konyunktura uyğun böyüdəcəyinin anonsudur. Yəni, cənab İlham Əliyev yenidən prezident kimi fəaliyyətində:

1. Sərhədlərin delimitasiyasının Azərbaycanın istədiyi və tələb etdiyi formada aparılması qaydalarını,

2. Zəngəzur dəhlizinin açılmasındakı Bakının təqdim etdiyi istiqamətlərin reallaşmasını,

3. Qərbi azərbaycanlıların qayıdışının təminini prioritet olaraq regional gündəlik müstəvisinə daşımağa davam edəcək.

Bu 3 “cəbhə”nin aktiv saxlanılması dövlət başçısı İlham Əliyevin Ermənistana “Konstitusiyanı dəyişdir” xəbərdarlıqlarının müşayiətində yeni mərhələ kimi başa düşülə bilər.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

 



Siyasət