Azərbaycan diplomatları Aİ rəsmisini tənqid ediblər

post-img

Avropa İttifaqının (Aİ) bəzi rəsmi şəxslərinin Azərbaycanın “ekspansionizmi” haqqında bəyanatlarının heç bir əsası yoxdur. 

Bu barədə “Brussels Signal” nəşrinə müsahibəsində Azərbaycan Prezidenti­nin xüsusi tapşırıqlar üzrə nümayəndə­si Elçin Əmirbəyov bildirib. 

Diplomat Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin Azər­baycanın, guya, Ermənistana ərazi iddiaları olması barədə bəyanatlarını qətiyyətlə rədd edib. Elçin Əmirbəyov vurğulayıb. O əlavə edib ki, Qarabağ Azərbaycanın beynəlxalq miqyasda ta­nınmış ərazisidir və ölkəmiz bu yaxın­larda özünün bütün ərazisində suve­renliyini bərpa edib. 

Azərbaycanın Xarici İşlər naziri və­zifəsini icra edən Ceyhun Bayramov da öz bəyanatında Avropa diplomati­yasının əsassız iddialarını pisləyib. O, avropalı siyasətçini Ermənistanın təca­vüzkar hərəkətlərinə göz yummaqda it­tiham edib. Nazir bildirib: “Ali nümayən­də Cozep Borrelin silahlı təcavüz aktı törədən Ermənistana bəraət qazandır­ması onun hərbi təxribatı barədə sus­ması kimi qiymətləndirilir”. 

Həm Elçin Əmirbəyov, həm də Ceyhun Bayramov “Dağlıq Qarabağ” kəlməsindən hələ də istifadə olunması ilə bağlı məyusluq ifadə ediblər, bunu fəaliyyətdən düşmüş və qəbuledilməz adlandırıblar.

Ceyhun Bayramov, həmçinin bey­nəlxalq ictimaiyyəti “Qarabağ iqtisadi rayonu” terminindən istifadə etməyə çağırıb.

XQ

Siyasət