MDB-nin Baş katibi: Azərbaycanda seçkilərə hazırlıq planlı şəkildə aparılır

post-img

Rusiya Azərbaycanın qonşusudur və biz buraya dost kimi, xoş niyyətlə gəlmişik. Bu il Rusiyada da prezident seçkiləri keçiriləcək. Azərbaycanda olduğu kimi, ölkəmizdə də seçkilərə ciddi hazırlıq gedir.

Bu sözləri jurnalistlərə açıqlamasında MDB-nin Baş katibi Sergey Lebedev deyib.

Rəhbərlik etdiyi missiyanın ümumi hədəflərinin olduğunu vurğulayan Baş katib bildirib: “Biz seçkilərin yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni edəcəyik. Seçkiqabağı hazırlıq prosesi o təəssüratı yaradır ki, təşkilatçılıq yüksək səviyyədədir, hər şey planlı şəkildə, ən əsası isə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun formada aparılır.

S.Lebedev seçkilərdən dərhal sonra yığışıb müzakirə aparacaqlarını və mətbuat konfransı keçirəcəklərini də diqqətə çatdırıb.

Siyasət