Erməni arxiyepiskop: Kim desə ki, Qarabağı qaytararam, deməli, yalan danışır

post-img

Qarabağ bizim üçün əldən getdi və qaytaracağımıza dair boş ümidlər bəsləmək özünü aldatmaqdır. Çünki Qarabağ geri qaytarılmayacaq şəkildə itirilib. Kimsə desə ki, Qarabağı qaytararam, deməli, açıq-aşkar yalan danışır. Heç kim Qarabağı qaytara bilməz.

Bu fikirləri erməni mətbuatına arxiyepiskop Mikayel Adjapaxyan deyib.

“Ermənilər üçün bir nömrəli problem emosiyalardan qurtula bilməməkdir. Biz o qədər emosional insanlarıq ki, bu biabırçılığı böyük bir hadisəyə çevirdik. Ermənilər üçün hər şey səhvdir: qələbə, məğlubiyyət, dövlət, kilsə anlayışları yanlışdır. Deməli, obyektiv reallıq budur ki, ermənilər çox pisdir. Mən pessimistəm, çünki ən pisini görürəm, 40 ildir bu xalqla işləyirəm və 4 faiz belə uğur qeydə almamışam. Bizim erməni xalqı haqqında çox idealist təsəvvürümüz var və ümumiyyətlə, erməni xalqının özü haqqında çoxlu yanlış təsəvvürləri var. İdeal xalq olduqlarını düşünürlər, əslində isə ən utancverici, ən xəstə və müalicəyə ən çox ehtiyacı olanlardır”.

Nikol Paşinyan bir şeyi düzgün etdi, bizə reallığı göstərdi, amma biz bu reallıqla barışmaq istəmirik: “Bəli, yaxşı zabitlərimiz, generallarımız var idi, amma ordumuz məğlub oldu, məhv oldu. Lakin biz bunu qəbul etmək istəmirik. Paşinyan deyir ki, 50 faiz ordudan qaçıb və müxtəlif səbəblərdən xidmətdən azad edilib. Burada Paşinyanın günahı varmı?” – Adjaraxyan bildirib. 

 

Rizvan FIKRƏTOĞLU

XQ

 

Siyasət