Bəzən şikayətlər siyasi motivlər üzərində qurulur

post-img

"Bəzən şikayətlər siyasi motivlər üzərində qurulur. Bu proses bəzən fərqli məcrada da gedir. Daxil olan müraciətlərə baxmaq hüququmuzdur”.

XQ xəbər verir ki, bu sözləri seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan seminarda Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov bildirib.

O qeyd edib ki, adətən Azərbaycanda keçirilən seçkilərdə MSK-ya cüzi də olsa,  müraciətlərin daxil olduğunu bildirib. Onun sözlərinə görə, daxil olan müraciətlərə baxmaq MSK üzvlərinin vəzifəsidir.

Anar ƏLİ
XQ

Siyasət