İcma: Ermənistan hökumətindən Azərbaycanın suverenliyini təhdid edən separatçı ünsürlərin fəaliyyətinə imkan verməməyi tələb edirik

post-img

Qərbi Azərbaycan İcması özünü “Dağlıq Qarabağ respublikası” adlandırmış və tarixin zibil qutusuna atılmış qanunsuz rejimin Ermənistanda olan tör-töküntülərinin qondarma qurumu “dirçəltməyə”çalışmaları haqqında yayılan məlumata münasibət bildirib.

İcmadan bununla bağlı verilən məlumatda deyilir: "Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təhdid edən aqressiv separatçı ünsürlərin fəaliyyətinə imkan verməməyi və Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıdışına şərait yaratmağı tələb edir".

 

Siyasət