AzQAC üzvləri İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyiblər

post-img

Son 20 ildə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər əldə edib. Xüsusilə də Prezident İlham Əliyevin siyasəti nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub.

Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov qurumun bu gün keçirilən XXVI Baş Məclisində çıxışı zamanı bildirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə çoxsaylı dövlət proqramlarının həyata keçirildiyini xatırladan AzQAC-ın prezidenti əlavə edib: “Ölkədə əhalinin rifah halının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycan indi regionda söz sahibidir və dünya miqyasında etibarlı tərəfdaşa çevrilib”.

N.Aslanov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü olan İlham Əliyevin 2024-cü ilin fevralın 7-də keçiriləcək prezident seçkilərində namizədliyinin məclis üzvləri tərəfindən dəstəklənməsini təklif edib. Təklif səsə qoyularaq yekdilliklə qəbul edilib.



Siyasət