Ədliyyə nazirinin müavini: Seçki prosesi cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında da keçiriləcək

post-img

Seçki prosesi cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında da keçiriləcək. Səsvermə günü seçki komissiyalarının üzvləri penitensiar müəssisələrin ərazilərində sərbəst hərəkət edə bilirlər.

Bu sözləri ədliyyə nazirinin müavini Toğrul Musayev dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə söyləyib.

O bildirib ki, Ədliyyə Nazirliyi sənədləri təsdiqləyir, seçici siyahılarını tərtib edir, müxtəlif ekspertizaları həyata keçirir. Həmçinin seçki komissiyaları ilə birlikdə cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında seçkiləri təşkil edir.

Siyasət