AZAL Pekinə uçuşlara başlayıb

post-img

AZAL Bakı-Pekin istiqamətində birbaşa reysini uğurla həyata keçirib. Təyyarə dekabrın 19-da Bakı vaxtı ilə saat 19:40-da Bakıdan Çinin paytaxtına doğru havaya qalxıb və dekabrın 20-də yerli vaxtla saat 06:50-də Pekində eniş edib.

Reysin təntənəli qarşılanma mərasimində aviaşirkətin nümayəndələri, Azərbaycanın və Çinin diplomatları və qonaqları, o cümlədən Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov iştirak ediblər.

Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək. 

 









Son xəbərlər