Ceyhun Bayramov: Hazırda Azərbaycanda 4 minə yaxın Türkiyə investisiyalı şirkət fəaliyyət göstərir

post-img

2023-cü ilin ilk on ayı ərzində Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 7 milyard dollara yaxınlaşaraq 2022-ci ilin 12 ayındakı rəqəmi 15 faiz üstələyib.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, hazırda 4 minə yaxın Türkiyə investisiyalı şirkət Azərbaycanda fəaliyyət göstərir.

Siyasət