Erməni arxiyepiskop: “Azərbaycan Ermənistana dərs verdi”

post-img

“Biz Qarabağı itirdik, Qarabağın səhifəsi bağlandı”

“Caliber” xəbər verir ki, bu barədə erməni mətbuatına arxiyepiskop Mikael Adjapaxyan bildirib.

“Azərbaycanı sülh müqaviləsinə vadar edə bilmədik, qorxduq, dayandıq. İndi də bizə bunu necə edəcəyimizi öyrədir. Bizə ən böyük dərsi azərbaycanlılar verib, amma biz bu dərsi başa düşə bilmirik. Biz dövlət yaradan xalq ola bilmədik, milli dövlət yaratmağa qadir xalq olmamışıq. Pafoslu olduğumuz üçün uduzduq, qorxaq idik, sağda və solda himayədarlar gözləyirik və uduzmağa davam edəcəyik.

Yeni hökumət gəlsə də, vəziyyəti düzəltmək mümkün olmayacaq, geri dönüşü olmayan nöqtəni keçmişik”, - deyə M.Adjapaxyan bildirib.

 

Rizvan FİKRƏTOĞLU

XQ

 

 

Siyasət