Səfir: Heydər Əliyevin Türkiyə ilə bağlı siyasəti ən yüksək səviyyədə həyata keçirilir

post-img

Ümummilli liderin əsas vəsiyyəti Qarabağın azad edilməsi olub. Bu gün Qarabağ azaddır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.

Bunu Azərbaycan mətbuatına Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı deyib.

Diplomat qeyd edib ki, ümummilli liderin həyata keçirmək istədiyi bütün siyasət İlham Əliyev tərəfindən uğurla həyata keçirilib: “Heydər Əliyevin vəsiyyəti yerinə yetirildi. Ümummilli liderin Türkiyə ilə qurduğu siyasət və əlaqələr İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən ən yüksək səviyyəyə qaldırılıb. Bu gün Türkiyə-Azərbaycan münasibətləri bütün dünya üçün nümunədir. Biz bunu Ümummilli lider Heydər Əliyevdən miras almışıq, sülh üçün çalışırıq”.

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət