Özbəkistan birinci ölkə idi ki, (İkinci Qarabağ müharibəsindən sonra – red.) bizə öz qardaş dəstəyini göstərdi.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bildirib.
“Qardaşım Prezident Mirziyoyevlə birgə biz özbək xalqının oğullarından birinin, Mirzə Uluqbəyin adını daşıyan məktəbin açılışında olduq. Bu, əslində, bizim qardaş münasibətlərimizə də böyük bir töhfə idi”, - deyən dövlətimizin başçısı Füzulidə yaşayacaq azərbaycanlıların bunu heç zaman yaddan çıxarmayacaqlarını vurğulayıb.