Narkotik qaçaqmalçılığının qarşısı alınıb

post-img

Dekabrın 5-də saat 11:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” dəstəsinin Zəngilan rayonunun Bartaz kəndi yaxınlığında yerləşən  zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Xidmətin mətbuat xidmətindən verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə gizlədilmiş ümumi çəkisi 40 kiloqram 158 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV

XQ





Son xəbərlər