Ermənistan rəsmiləri İcma ilə dialoqa başlamalıdır

post-img

Qərbi Azərbaycan İcması Ermənistan parlamentinin spikeri Alen Simonyanın guya Azərbaycan tərəfindən Ermənistanın 31 kəndinin tamamilə və ya qismən işğal edilməsi barədə absurd və böhtan xarakterli açıqlamasını kəskin şəkildə pisləyib. 

Qurumun bununla bağlı yaydığı açıqlamada deyilir: "İcma hesab edir ki, Ermənistan belə bir əsassız iddia orta­ya atmaqla bir daha Azərbaycanla sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını nümayiş etdirmişdir. Ermə­nistan bununla, həm də Azərbaycanın 8 kəndini işğal altında saxlamasını ört-bas­dır etməyə çalışır.

Ermənistan rəsmiləri qayıdışla bağlı gəlişigözəl sözlər demək əvəzinə, real addım ataraq bu istiqamətdə Qərbi Azər­baycan İcması ilə dialoqa başlamalıdır".

XQ

Siyasət