Azərbaycan nümayəndələri BMT-nin sessiyasında

post-img

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Keniyanın paytaxtı Nayrobi şəhərindəki baş qərargahında keçirilən üçüncü sessiyasında iştirak edir.

Sessiya çərçivəsində dünya üzrə insanyönümlü “ağıllı” şəhərlərə dair tövsiyə xarakterli beynəlxalq təlimat sənədinin tərtib edilməsi və “UN-Habitat”ın 2026-2029-cu illəri əhatə edəcək strateji planının hazırlanması istiqamətində yol xə­ritələrinin icrası müzakirə edilir.

XQ

Son xəbərlər