ABŞ, Almaniya və Fransa diplomatları Azərbaycan XİN-ə çağırılıb

post-img

Noyabrın 28-də Amerika Birləşmiş Ştatlarının və Almaniyanın müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıblar.

Görüşlərdə bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə “AbzasMedia” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırı­lıb və bu fəaliyyətə ciddi etiraz bildirilib.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi­nin, “FreedomNow”, “New Democracy Fund” və digər təşkilatların qrant verilmə­si qaydalarını pozaraq maliyyə resurs­larının Azərbaycan ərazisinə qanunsuz yolla transferini həyata keçirdikləri, “Ab­zasMedia”nın fəaliyyətinə qanundan kə­nar töhfələr verdikləri qeyd olunub.

Qrant fəaliyyəti və qrant müqavilələri haqqında Azərbaycanın qanunvericili­yinə əsasən qrant müqavilələrinin müva­fiq prosedura uyğun olaraq dövlət qey­diyyatına alınmasının tələb olunduğu, qeydiyyatı həyata keçirilməyən layihələrə maliyyə ayrılmasının ölkə qanunvericiliyi­nin ciddi pozuntusu olduğu vurğulanıb.

Bununla yanaşı, beynəlxalq təcrü­bəyə uyğun olaraq, Media haqqında Azərbaycan Respublikasının Qanunu­na əsasən yerli media subyektinin xari­ci ölkələrin fiziki və ya hüquqi şəxsləri, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol ve­rilmədiyi xatırlanıb.

Sözügedən ölkələrin səfirliklərinin və onlara məxsus təşkilatların ölkəmi­zin ərazisində qeyd edilən qanunverici­liyə zidd hərəkətləri Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının da po­zuntusu olduğu qeyd edilib.

Azərbaycan tərəfi ölkəmizin qanun­vericiliyinə zidd olan və ölkənin daxili işlərinə qarışmaq məqsədi daşıyan bu fəaliyyəti şiddətlə qınayıb və sözügedən faktlarla əlaqədar milli qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görmək hüququnu özündə saxladığı diqqətə çat­dırılıb.

XQ

Son xəbərlər