Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İspaniyanın baş naziri Pedro Sançes arasında telefon danışığı olub. Məlumatı Prezidentin İcra Aparatının Kommunikasiyalar İdarəsinə istinadən “Anadolu” verib.
Türkiyə və İspaniya liderləri İsrailin hücumları, Qəzza zolağına yardımın çatdırılması və daimi atəşkəs üçün səyləri müzakirə ediblər.
Ərdoğan İspaniya hökumətinin İsrailin hücumlarının qeyri-qanuni olması və Fələstinin tanınması üçün müraciəti ilə bağlı mövqeyini yüksək qiymətləndirib. Dövlət başçısı bildirib ki, Türkiyə regionda daimi sülhün təmin edilməsi və regional sülh naminə İspaniya ilə birgə fəaliyyət göstərmək üçün qarant kimi hər cür məsuliyyəti öz üzərinə götürməyə hazırdır.
P.ƏMİRCANOV
XQ