Keçmiş “xoşbəxt”lərin mülkü satılır

post-img

Məşhur Hollivud aktyorları Bred Pitt və Ancelina Colinin Nyu Orleandakı malikanəsi hərraca çıxarılacaq. Bu barədə “The New York Post” məlumat yayıb.

Dekabrın 11-nə planlaşdırılan hərracda başlanğıc qiymət 5,35 milyon dollar olacaq. Dünyaca populyar cütlük malikanəni 2007-ci ildə 3,5 milyon dollara alıb. Aktyorlar 2016-cı ildə mülkü təmir etmək məqsədilə tərk ediblər və iki il sonra boşanıblar. 

Ev 1830-cu illərin Paris malikanələrini xa­tırladır.

XQ

Son xəbərlər