Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri Bakı Zooloji Parkında dərs-ekskursiyaları davam etdirir.
Bu barədə BŞTİ-dən bildirilib ki, dərs-ekskursiyalar Elm və Təhsil Nazirliyinin “Bakı Zooloji Parkında dərs-ekskursiyaların təşkilinə dair təlimata” və “Zooparkda keçirilməsi tövsiyə edilən mövzuların siyahısı”na əsasən təşkil olunur.
Ekskursiyalardan sonra şagirdlərə zoopark və oradakı heyvanlar barədə fikir və təəssüratlarını əks etdirən esse yazmaları və ya təqdimat hazırlamaları tapşırılır.
XQ