Hava soyuyur, yağıntı artır

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 28-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 

Gecə və səhər yarımadanın bəzi yerlərində qısa müddətə inten­sivləşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Gecə 6-8°, gün­düz 9-12° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yer­lərdə intensiv olacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsilə­cək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7°, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti ola­caq.

Q. QASIMOV
XQ

Ekologiya