Ermənistanın “Hraparak” qəzeti yazıb ki, hökumətində kadr böhranı yaranıb və vakant vəzifələrə aylar, hətta illərlə təyinat olmur.
Misal olaraq göstərilir ki, Ermənistan müdafiə nazirliyinin çağırış xidmətinin rəisi vəzifəsi 3 aydan artıqdır boşdur.
Oxşar vəziyyət Penitensiar Xidmətin rəisi vəzifəsinə də aiddir. Bu vəzifəyə də 3 aydan artıqdır ki, təyinat olunmur. Məlumata əsasən, rəsmilər bu və bu kimi digər vəzifəyə uyğun namizəd tapa bilmirlər.
Rizvan FİKRƏTOĞLU
XQ

