Ermənistan Azərbaycanla danışıqlara hazırdır, amma Vaşinqtonda…

post-img

Ermənistan Azərbaycanla Vaşinqtonda sülh müqaviləsi üzrə danışıqlar aparmağa hazır olduğunu bildirib.

TASS xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai Televiziyasına müsahibəsində bildirib.

Armen Qriqoryan çıxışında ilin sonuna qədər sülh müqaviləsini imzalamağa hazır olduqlarını diqqətə çatdırıb: “Vaşinqtonda danışıqlar aparmaq üçün müxtəlif səviyyələrdə imkanlar var. Ermənistan buna hazırdır və belə bir görüşün baş tutacağına ümid edirik”.

Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Ermənistan tərəfi danışıqlara o ölkələrə gedir ki, orada imkanlar görür və aydın təkliflər var. Qriqoryan bildirib ki, Moskvadan belə təkliflər barədə məlumatı yoxdur. 

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət