Erməni xalqı 26 ildə heç bir nailiyyət əldə etməyib

post-img

“Birinci Qarabağ müharibəsindəki qələbədən sonra ikinci müharibəyə qədər deyə bilərik ki, erməni xalqı heç bir nailiyyət, irəliləyiş əldə etməyib”.

“Caliber” xəbər verir ki, bu barədə erməni politoloq Argişti Kiviryan öz Facebook səhifəsində yazıb.

“Birinci Qarabağ müharibəsindəki qələbədən sonra elə bir sahə, elə bir yer yoxdur ki, erməni xalqı desin, biz burada nəticə əldə etdik. Birinci və ikinci müharibələr arasındakı 26 il ərzində erməni elitası birinci müharibənin bütün nəticələrini və bəhrələrini puç etdi. Azərbaycan isə silahlandı və günü-gündən gücləndi. İndi də ermənilər bir-birini qırırlar”, – deyə politoloq yazıb.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət