Putin: Rusiya Ermənistanın Azərbaycana güzəştə getməsinə 15 il sərf edib

post-img

On beş ildir ki, Rusiya Ermənistana Azərbaycana güzəştə getməyi təklif edir.

“Gazeta.ru” xəbər verib ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Valday” forumunda bildirib.

O vurğulayıb ki, əvvəl belə fikir var idi ki, İrəvan Qarabağın beş ərazisini Azərbaycana qaytara, ikisini isə özünə saxlaya bilər, lakin Ermənistan rəhbərliyi bundan imtina etmişdi.

Putin bildirib ki, Azərbaycanın Qarabağda konstitusiya quruluşunu nə vaxt və hansı yolla quracağı an məsələsidir: “Ermənistan belə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır”.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət