Vardanyanın taleyi ilə bağlı Putinin şərhi

post-img

“Ruben Vardanyan Rusiya vətəndaşı deyil, o, vətəndaşlıqdan imtina edib”.

“Caliber” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında moderator Fyodor Lukyanovun “Azərbaycan rəhbərliyi keçmişi çox sərt şəkildə “təmizləyir”, Rusiya Vardanyanı xilas edə biləcəkmi?" fikirlərini şərh edərkən deyib. 

“Mən Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışdım. Bu barədə əvvəllər də danışmışıq. O, məni həmişə əmin edirdi ki, Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi təmin olunacaq. İndi orda ola bilsin ki, 1000-1500 nəfər erməni qalıb.

İnanıram ki, Azərbaycan üçün bütün ərazi məsələləri həll olunanda bu məlum məsələdə Azərbaycan rəhbərliyi humanitar xarakterli mülahizələri rəhbər tutacaq”, - deyə Rusiya prezidenti vurğulayıb.

 

Rizvan FİKRƏTOĞLU

XQ

 

Siyasət