Azərbaycan Ermənistanla sülh danışıqlarından imtina etməyib

post-img

"Azərbaycan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelinin iştirakı ilə aparılan Avropa İttifaqı, Azərbaycan və Ermənistan formatında olan üçtərəfli Brüssel prosesini və regional sülh gündəliyini dəstəkləyir və bu mənada sülh müqaviləsi daxil olmaqla, bir çox sülh təşəbbüslərinin müəllifi məhz Azərbaycandır".

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyası­nın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasın­da bildirib.

“Fransanın regionda qərəzli və mili­tarizasiya siyasətinə, Cənubi Qafqazda regional sülh və sabitliyə zərər gətirən və Avropa İttifaqının Cənubi Qafqaz si­yasətini risk altına qoyan addımlarına və rəsmi Bakının israrına baxmayaraq, region ölkəsi olaraq qardaş Türkiyənin beşli formatda (Azərbaycan, Ermənis­tan, Avropa İttifaqı, Fransa və Almani­ya) olan görüşdə iştirakına imkan veril­məməsinə görə Azərbaycan Qranadada iştirak etməməyə qərar vermişdir. Biz, həmçinin, ev sahibi olaraq İspaniyanın da bu formatda olan görüşdə iştirakının tərəfdarı idik. 

Bəzi beynəlxalq media resursların­da bunun Azərbaycanın Ermənistanla təmaslardan və ya danışıqlardan imti­na etməsi kimi təqdim edilməsi düzgün deyildir. Azərbaycan Brüsseldə Avro­pa İttifaqı, Azərbaycan və Ermənistan formatında Brüsseldə tezliklə üçtərəfli görüşlərə hazırdır. Azərbaycan tərəfi eyni zamanda Azərbaycan və Ermə­nistan arasında münasibətlərin normal­laşdırılması prosesi və sülh müqaviləsi üzrə birbaşa və ikitərəfli dialoqu və da­nışıqları dəstəkləyir. Fürsətdən istifadə edərək İspaniyadan olan həmkarlarımızı və dostlarımızı Avropa Siyasi İcmasının Qranada görüşünü uğurla təşkil etmələri münasibətilə təbrik edirik və Ermənis­tan–Azərbaycan dialoquna töhfə ver­mək niyyətlərinə görə təşəkkür edirik”, - o qeyd edib.

XQ

Siyasət