Politoloq Kiviryan: Ankara və Bakı ilə qarşılıqlı anlaşma tapmaq lazımdır

post-img

“Mən dəfələrlə izah etmişəm ki, burada problem təkcə Moskvanın müttəfiqlik öhdəliklərini lazımınca yerinə yetirməməsində deyil, həm də bunun nəticəsində düşmənlərimizin sayını daha bir nəfər artırmamalıyıq”.

“Caliber” xəbər verir ki, bu barədə erməni politoloq Argişti Kiviryan öz Facebook səhifəsində yazıb.

“Biz indi elə bir vəziyyətdəyik ki, nəinki bütün fövqəlgüclərlə problem yaşamamağa, həm də Ankara və Bakı ilə qarşılıqlı anlaşmaya çalışmalıyıq. Çünki münaqişənin davam etdirilməsi üçün bizim heç bir resursumuz yoxdur”, - deyə Argişti Kiviryan bildirib.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət