Erməni siyasətçi: Erməni kişilərinin necə satıldığını görürük

post-img

Ermənistan Xristian Demokrat Partiyasının sədr müavini Hayk Sukiasyan keçmiş ombudsman Kristina Qriqoryanın Ermənistan Xarici Kəşfiyyat Xidmətinin direktoru vəzifəsinə təyin olunmasına münasibət bildirib.

“Caliber” xəbər verir ki, o, bu barədə Ermənistan kanallarından birinə müsahibə bildirib.

“Biz dövlət olmaq qərarına gəlsək, Ermənistanın xarici kəşfiyyata ehtiyacı var. Bu mənada yaxşı haldır ki, artıq lider qadın var. Çünki görürük ki, erməni kişiləri necə satılır. Təbii ki, biz hamıdan danışmırıq. Düşünürəm ki, bizim qadınlarımız daha çox vətənpərvərdirlər.

Biz bu qurumu modernləşdirməliyik ki, ruslar gəlib gizlicə girməsinlər, sırf erməni qurumu olsun. Ermənistanın Milli Təhlükəsizlik Xidməti milli təhlükəsizliyini təmin etmək baxımından əvvəllər aşağı səviyyədə idi və sırf Ermənistanı məhv etmək siyasətinə xidmət edirdi”, - deyə Hayk Sukiasyan bildirib.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət